"Zəfər tariximiz" onlayn respublika intellektual yarışması başladı
23 noyabr 2020 16:41 (UTC +04:00)

"Zəfər tariximiz" onlayn respublika intellektual yarışması başladı

Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər  İnkişaf  Mərkəzinin təşkilatçılığı ilə “Zəfər tariximiz” adlı onlayn respublika intellektual yarışmasına start verildi.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, yarışma noyabrın 23-dən dekabrın 20-dək davam edəcək.

İntellektual yarışmanın keçirilməsində məqsəd gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, işğaldan azad olunmuş torpaqlarımızın tarixi abidələrini təbliğ etmək, uşaq və gənclərin intellektual qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil edilən yarışma Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında 3 mərhələ və 11-13 yaş üzrə keçirilir:

I mərhələ: noyabr 23-ü dekabrın 1-i.

Qeydiyyat üçün uşaq-gənclər inkişaf mərkəzlərinin iştirakçıları haqqında olan ümumi məlumatın 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron ünvanına ([email protected]) göndərilməsi;

II mərhələ: dekabrın 1-15-i. 3 nəfər olmaqla komandalara bölünən iştirakçıların təyin olunmuş vaxtlarda ZOOM proqramı vasitəsilə yarışı;

III mərhələ: dekabrın 15-20-i.  İntellektual yarışmanın qaliblərinin münsiflər heyəti tərəfindən seçilməsi.

Yarışmanın qalibləri Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1856

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04